Oğrudan məktub:  “Allah daha yaxşılarını versin”

 11:01 15.05.2022     168

Türkiyənin Pamukkale şəhərində qəribə oğurluq hadisəsi baş verib.

Redaktor.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailəsi ilə birlikdə başqa şəhərə gedən Levent Karademir geri qayıdanda evinin qarət olunduğunu görüb.

Ev sahibi masanın üzərində “Sadəcə ehtiyacım olanları götürdüm. Allah sizə daha yaxşılarını versin” sözləri yazılan məktub aşkar edib.

Məlum olub ki, oğru noutbuk və paltarları aparıb. Bundan başqa, o, özünə qiyməli yumurta bişirib və duş qəbul edib.