Ruslar Ukraynada fosfor bombasından istifadə etdi

 12:58 15.05.2022     493

Rusiya ordusu Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunun üzərinə fosfor və ya yandırıcı bombalar atıb.

Redaktor.az xəbər verir ki, bunu şəhər merinin müşaviri Petr Andryuşenko deyib.

“Mariupol, “Azovstal”. Yenə - göydən, dənizdən, yerdən. Dünən Rusiya hərbçiləri ilk dəfə olaraq Mariupolun müdafiəçilərinə qarşı yandırıcı və ya fosfor bombalarından istifadə ediblər”-deyə, Andryuşenko bildirib.