Ruslar Donbasda böyük itkilər VERDİ

 14:11 15.05.2022     446

Donbasda ukraynalı hərbçilər düşmənin 12 hücumunun qarşısını alıb. Hazırda 6 məntəqədə isə döyüşlər gedir.

Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələr Qruplaşması məlumat yayıb.

Hazırda vəziyyətin çətin olduğu qeyd edilib:

"Düşmən aviasiyadan, reaktiv yaylım atəş sistemindən, böyük ölçülü aviasiya raketlərindən, minaatanlardan istifadə edir, mülki struktura raket zərbələri endirir.

İndiyə qədərki döyüşlərdə düşmənin 8 tankı, 5 artilleriya sistemi, 9 zirehli texnikası, 5 hərbi maşını məhv edilib. Bundan başqa, Donbasda düşmənin 6 ədəd "Orlon-10" və bir ədəd "Eleron" PUA-sı vurulub".