Suriyada təhlükəli terrorçu MƏHV EDİLDİ

 15:08 15.05.2022     594

Türkiyə xüsusi xidmət orqanlarının Suriyanın şimalında keçirdiyi əməliyyat nəticəsində “Xayri” ləqəbli PKK terrorçusu Ekrem Üstək zərərsizləşdirilib.

Redaktor.az "Anadolu"ya istinadən xəbər verir ki, cinayətkar Ayn əl-Ərəb bölgəsində gizləndiyi yerdə aşkarlanıb.

Üstək Türkiyə polisinin ölümünə səbəb olan hücumlarda iştirak edib.

O, 90-cı illərdə PKK-nın cinayətkar fəaliyyətlərində, xüsusilə adam oğurluğu, partlayıcı qurğu və sursatların tədarükü, adam öldürməyə cəhd, oğurluq və azyaşlıların terrorçulara verilməsində iştirak etdiyinə görə uzun illər həbsdə yatıb.

Vumart və Güvən reklamı Vumart Güvən