Riqada sovet abidəsi söküldü -Ermənilər protest etdilər

 20:26 15.05.2022     402

“Riqanın xilaskarları” abidəsinin sökülməsi qərarına etiraz olaraq Latviyanın Ermənistandakı fəxri konsulluğunun binası qarşısında aksiya keçirilib.

Redaktor.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Latviya hökumətinin qərarına etiraz əlaməti olaraq bir qrup İrəvan sakini konsulluğun binası qarşısına gələrək oraya gül qoyublar.

Aksiya iştirakçısı Alla Akopyan Latviya hakimiyyətinin abidənin sökülməsində traktorlardan istifadəsini Yuqoslaviyadakı “buldozer inqilabı” ilə müqayisə edərək, bunu anqlosaksların üslubu adlandırıb (axar.az).

Vumart və Güvən reklamı Vumart Güvən