Rusiya Finlandiya ilə sərhədə qoşun YIĞACAQ
Finlandiya NATO-ya daxil olarsa və alyansın zərbə silahlarını öz ərazisində yerləşdirərsə, Rusiya ümumi sərhəddə qoşun qruplaşmasını gücləndirəcək.
Redaktor.az xəbər verir, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Viktor Bondarev bildirib.
O, iddia edir ki, bu qərar Vaşinqtonun təsiri altında verilib.
"Amerikalılar üçün Finlandiya ərazisini öz təsir zonası, NATO-nun təlimləri və təxribatları üçün daimi tramplin, həmçinin Şimali Atlantika blokunun silahlarının sınaq poliqonu və Amerika hərbi bazasının yerləşdiyi yer kimi görür", - deyə Bondarev qeyd edib.












