Rusiyanın Ukraynadakı itkiləri açıqlandı - SİYAHI
Rusiya ordusunun fevralın 24-dən indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının feysbuk səhifəsində məlumat verilib.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 27 700 hərbçisi zərərsizləşdirilib.
Bundan başqa, işğalçıların 1 228 ədəd tankı, 2 974 ədəd zirehli döyüş maşını, 577 ədəd artilleriya sistemi, 195 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 89 hava hücumundan müdafiə sistemi, 200 ədəd hərbi təyyarəsi, 165 ədəd helikopteri, 97 qanadlı raket, 2 101 ədəd nəqliyyat vasitəsi, 13 ədəd gəmi/kateri, 427 ədəd dronu və 42 ədəd xüsusi texnikası məhv edilib.
T. İSMAYIL












