"Neytrallığımızı qoruyacağıq" - Avstriyanın XİN başçısı

 12:33 16.05.2022     428

Avstriya Finlandiya və İsveçin NATO-ya mümkün üzvlüyü fonunda neytraal qalacağını açıqlayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Aleksander Şallenberq bildirib.

“Finlandiya və İsveçin NATO-ya üzvülüklə bağlı qərarlarına hörmətlə yanaşırıq, ancaq biz neytrallığımızı qoruyacağıq”, - o qeyd edib.

Qeyd edək ki, Avstriya NATO-nun üzvü deyil.

Xatırladaq ki, Finlandiya və İsveç NATO-ya üzv olmaqla bağlı rəsmi müraciət edəcəklərini açıqlayıblar.

Vumart və Güvən reklamı Vumart Güvən