Mariya Zaxarovanın barmağı sındı - FOTO
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın barmağı qırılıb. Onun adsız barmağına gips qoyulub.
Redaktor.az-ın məlumatına görə, bu barədə o, özünün teleqram kanalıda paylaşım edib.
“Həftəsonu tətilini uğurlu keçirdim. Amma əsas odur ki, Qərb “tərəfdaş”larımızla işgüzar münasibətdəki barmağım salamatdır. Sıralardayam”, - deyə Zaxarova bildirib.













