MDB-yə KTMT-də müşahidəçi statusu verilsin - Putindən yeni TƏKLİF
Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyinə (MDB) Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusu verilməsini təklif edib.
Redaktor.az xəbər verir ki, o, bu sözləri KTMT-nin Moskvada keçirilən sammitində deyib.
"Bizim Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi üzrə tərəfdaşlarımızla qarşılıqlı fəaliyyəti genişləndirməyimiz lazımdır. Yeri gəlmişkən, fikrimizcə, MDB-yə KTMT-də müşahidəçi statusunun verilməsu uyğun olardı. Biz bu məsələni müzakirə etməliyik", - deyə Putin bildirib.












