Şimali Koreyada yoluxanların sayı milyonu keçdi
Şimali Koreya lideri Kim Çen In koronavirusun yayılması fonunda dərmanları əhaliyə vaxtında çatdırmadıqlarına görə məmurları qınayıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, o, paytaxt apteklərinin dərman təminatını stabilləşdirmək üçün orduya səfərbər olunmasını əmr edib.
Son sutka ərzində KXDR-də daha səkkiz nəfər koronavirusun yaratdığı xəstəliyin fəsadlarından dünyasını dəyişib. Bununla da ölənlərin ümumi sayı 50-yə çatıb. 392 920 nəfərdə qızdırma əlamətləri aşkar edilib. Belə xəstələrin ümumi sayı 1,21 milyon nəfərə çatıb, onlardan azı 564 860 nəfərin müalicəsi davam etdirilir, 648 630 nəfərdən çoxu isə tam sağalıb.












