"Azovstal"dakı hərbçilərin xilası əməliyyatı başlandı

 08:44 17.05.2022     809

Ukrayna Mariupolun müdafiəçilərini xilas etmək üçün əməliyyata başlayıb.

Redaktor.az-ın yerli mətbuata istinadla məlumatına görə, müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, “Azovstal”ın yaralı əsgərləri işğal altındakı Novoazovskdakı xəstəxanaya təxliyə edilib.

"Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi, Ukrayna Silahlı Qüvvələri, Milli Qvardiya, Sərhəd Xidməti birlikdə "Azovstal" zavodunun ərazisində blokadaya alınmış Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatına başlayıb. Mayın 16-da 53 ağır yaralı tibbi yardım üçün Azovstaldan Novoazovskdakı tibb müəssisəsinə təxliyə edilib”, - o deyib.

Malyarın sözlərinə görə, daha 211 nəfər humanitar dəhlizlə Olenevkaya çatdırılıb və onların evlərinə qaytarılması üçün mübadilə proseduru həyata keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən