Rusiyada kimyəvi zavodda yanğın başlayıb - VİDEO
Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində kimyəvi zavodda yanğın başlayıb.
Redaktor.az yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerinə 10 yanğınsöndürən cəlb olunub.
Yanğının söndürülməsi ilə bağlı işlər davam etdirilir.












