"Azovstal"dakı yaralı hərbçilər belə təxliyə edilir - VİDEO

 17:37 17.05.2022     310

Mariupoldakı “Azovstal” zavodunda humanitar əməliyyat davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası üzrə naziri İrina Vereşçuk bildirib.

“Həyatlarının xilası naminə ötən gün 52 ağır yaralı hərbçimiz təxliyə edilib. Onların vəziyyəti stabilləşdikdən sonra biz onları rusiyalı hərbi əsirlərlə dəyişdirəcəyik”, - deyə baş nazirin müavini bildirib.

O, həmçinin humanitar əməliyyatın sonrakı mərhələləri üzərində işlər getdiyini bildirib.

“Allah qoysa, hər şey yaxşı olacaq”, - Vereşçuk deyib.

Vumart və Güvən reklamı Vumart Güvən