Türkiyə antiterror əməliyyatının yeni mərhələsinə başladı
Türkiyə təhlükəsizlik qüvvələrinin "Eren" antiterror əməliyyatının növbəti mərhələsi başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, "Eren Abluka-10" adlı əməliyyatda 915 şəxsi heyət iştirak edir. Əməliyyatın ilk günündə 1 terrorçu zərərsizləşdirilib.












