Cəngəllikdə susuz və qidasız qalan 75 yaşlı turist qadın sağ tapıldı - FOTO/VİDEO

 03:39 18.05.2022     415

Tailandda yeddi gün vəhşi cəngəllikdə su və yeməksiz yaşayan və möcüzə nəticəsində sağ qalan yaşlı qadın xilas edilib.

Redaktor.az "Daily Mail" istinadən xəbər verir ki, Almaniyadan olan 75 yaşlı turist Barbara Elizabet Monika Qleq Lenq Phuketdəki hoteldən gəzinti üçün çıxıb və bir həftə ondan məlumat almaq mümkün olmayıb.

Yerli polis qadının tapılması üçün genişmiqyaslı axtarışlar təşkil edib - xilasedicilər bir neçə gün helikopterlərlə ətrafa baxış keçiriblər. Lakin turist qadın təsadüfən aşkar olunub. Evlərindən bir qədər aralıda cəngəllikdə gəzən dağ kəndindən olan oğlan yerdə uzanmış qadını görüb.

Səyahətçi qadına ilkin tibbi yardım göstərilib və sonrakı müayinə üçün tibb məntəqəsinə aparılıb. İlkin məlumatlara görə, Lenq Alzheymer xəstəliyindən əziyyət çəkir.

 

 

Vumart və Güvən reklamı Vumart Güvən