Tacikistanda antiterror əməliyyatı keçirilir

 09:58 18.05.2022     298

Tacikistanın hüquq-mühafizə orqanları ölkənin şərqində antiterror əməliyyatına başlayıb.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, əməliyyat Dağlıq Bədəxşan Muxtar Vilayəti ilə Çini birləşdirən Düşənbə-Kulma avtomobil yolunu bağlayan mütəşəkkil cinayətkar qruplaşmaya qarşı həyata keçirilir.

Məlumata görə, ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları qruplaşma üzvlərindən silahı yerə qoymağı tələb etsə də, qarşı tərəf polisə silahlı müqavimət göstərib. Bu səbəbdən də, qruplaşmaya qarşı antiterror əməliyyatına başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən