İtaliyanın Moskvadakı səfirinə xəbərdarlıq olundu

 14:36 18.05.2022     352

İtaliyanın Rusiyadakı səfiri Corcio Starace çərşənbə günü Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Redaktor.az RİA Novosti-yə istinadən xəbər verir ki, səfirin diqqətinə çatdırılıb ki, rusiyalı diplomatların İtaliyadan çıxarılmasına qarşı cavab tədbirləri görüləcək.

Aprelin əvvəlində İtaliyanın xarici işlər naziri Di Mayo 30 rus diplomatın ölkədən çıxarıldığını elan edib. KİV-in məlumatına görə, XİN rəhbəri bu qərarı “milli təhlükəsizlik” məsələləri ilə əlaqələndirib.

Vumart və Güvən reklamı Vumart Güvən