ABŞ Prezidentinin qızı koronavirusa YOLUXDU
ABŞ Prezidenti Co Baydenin qızı Eşli Bayden koronavirusa yoluxub.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, Baydenin qızının COVID-19 üçün verdiyi testin cavabı müsbət çıxıb.
40 yaşlı Eşlinin anası Cil Baydenlə birlikdə Mərkəzi Amerikaya gedəcəyi bildirilirdi. Onun atası ilə sonuncu dəfə nə vaxt əlaqə saxladığı hələlik məlum deyil.












