NATO-nun Hərbi Komitəsi toplaşır

 09:33 19.05.2022     1796

Bu gün, mayın 19-da NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın ali hərbi orqanı olan Hərbi Komitənin iclası keçiriləcək.

Redaktor.az xəbər verir ki, iclasa Hərbi Komitənin sədri admiral Rob Bauer rəhbərlik edəcək. Toplantıda NATO-nun iyunda İspaniyanın paytaxtı Madriddə keçiriləcək sammitə hazırlıq, Rusiya-Ukrayna müharibəsi müzakirə olnuacaq.

Ukrayna, eləcə də Alyansa üzv olmaq üçün ərizə verən Finlandiya və İsveç müdafiə nazirləri də müzakirələrdə iştirak edəcəklər.

Vumart və Güvən reklamı Vumart Güvən