İrəvanda aksiyalar bərpa olundu

 09:55 19.05.2022     4151

Ermənistanın paytaxtı İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən aksiyalar yenidən bərpa olunub.

Redaktor.az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, vitse-spiker İşxan Saqatelyanın başçılıq etdiyi etirazçılar qrupu şəhərin Komitas prospekti ilə Amiryan küçəsinin kəsişməsini bağlayıb.

Hazırda “Müqavimət” hərəkatının üzvləri Paşinyanın istefası tələbi ilə İrəvanın Nor-Nork və Avan istiqamətlərindən İrəvanın mərkəzinə doğru irəliləyir.