Rusiyanın Ukraynadakı itkiləri daha da artdı - SİYAHI

 10:07 19.05.2022     3796

Rusiya ordusunun fevralın 24-dən indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 28 500 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, işğalçıların 1 254 ədəd tankı, 3 063 ədəd zirehli döyüş maşını, 595 ədəd artilleriya sistemi, 199 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 203 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 103 qanadlı raket, 455 ədəd dronu, 2 157 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri və 43 ədəd xüsusi texnikası məhv edilib.

T.İSMAYIL

2
Vumart və Güvən reklamı Vumart Güvən