Ermənistan Milli Təhlükəsizlik Xidmətinin zabiti intihar etdi
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin kapitanı intihar edib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, mayın 19-da səhər saatlarında polisə İrəvanda yaşayış binasının həyətində kişi meyitinin tapılması barədə məlumat daxil olub.
Araşdırmalar nəticəsində onun 32 yaşlı təhlükəsizlik xidməti kapitanı olduğu müəyyən edilib.
Həmin şəxsin özünü altıncı mərtəbədən ataraq intihar etdiyi bildirilir.












