Rusiya bu diplomatlara ölkəni tərk etmək üçün 14 gün vaxt verdi

 13:59 19.05.2022     352

Rusiya Portuqaliyanın beş diplomatını "arzuolunmaz şəxs" elan edib.

Redaktor.az-ın məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyindən bildirilib ki, bu gün Portuqaliya səfiri Rusiya XİN-ə çağırılıb.

Səfirə Rusiya səfirliyinin 10 əməkdaşının ölkədən çıxarılması ilə bağlı etiraz təqdim edilib.

Rusiyanın cavab tədbiri olaraq Portuqaliya səfirliyinin beş əməkdaşı "arzuolunmaz şəxs" elan edilib. Onlara Rusiyanı tərk etmək üçün 14 gün vaxt verilib.

Vumart və Güvən reklamı Vumart Güvən