"Nə Putinlə, nə də Zelenski ilə əlaqələrimizi kəsmək niyyətimiz var" - Ərdoğan

 14:11 19.05.2022     368

Türkiyənin nə Rusiya Prezidenti Vladimir Putinlə, nə də Ukrayna Prezidenti Volodimir Zelenski ilə əlaqələri kəsmək niyyəti var.

Redaktor.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Həm Rusiya, həm də Ukrayna ilə balanslaşdırılmış siyasət aparırıq. Cənab Putin və Zelenski ilə telefon diplomatiyasını davam etdirirəm. Xüsusi nümayəndəmi onların yanına göndərmişdim və göndərirəm də. Çünki Üçüncü Dünya müharibəsinin alovlanmasının nə bölgəmizə, nə də dünyaya faydası var”, - deyə Türkiyə lideri bəyan edib.

Vumart və Güvən reklamı Vumart Güvən