“Türkiyənin narahatlıqlarını mütləq dinləyəcəyik”- Britaniyanın müdafiə naziri

 19:43 19.05.2022     338

“İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı Türkiyənin narahatlığını aradan qaldırmağın yolu var”.

Redaktor.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Vallas parlamentdə çıxışında deyib.

 

Hesab edirəm bunun üçün yol var. Düşünürəm ki, biz sonunda oraya çatacağıq. Bu prosesdə bütün üzvləri və onların narahatlıqlarını dinləməyimiz çox vacibdir və biz Türkiyəni mütləq dinləyəcəyik”, - Britaniyanın müdafiə naziri bildirib.

O əlavə edib ki, türkiyəli həmkarı Hulusi Akarla danışacaq.

Vumart və Güvən reklamı Vumart Güvən