“Rus Radiosu” “Radio Bayraktar” oldu

 21:01 19.05.2022     342

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası “Rus Radiosu - Ukrayna” radiostansiyasının adını “Radio Bayraktar” olaraq dəyişib.

Redaktor.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larının Ukraynanın müdafiəsinə verdiyi töhfə bir daha vurğulanıb.

Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələri ölkə ərazisindəki hərbi əməliyyatlarda adıçəklən zərbə dronlarından geniş istifadə edir.

 

Vumart və Güvən reklamı Vumart Güvən