Rusiya aclıqdan ölənlərə görə məsuliyyət daşıyır - Kuleba

 21:30 19.05.2022     326

Ukrayna xarici işlər nazir Dmitri Kuleba və Britaniya xarici işlər naziri Liz Trass arasında telefon danışığı baş tutub.

Redaktor.az xəbər verir ki, bu barədə Kuleba "Twitter" hesabında məlumat yayıb.

Telefon danışığı zamanı Ukraynanın ərzaq ixracının qarşısının alınmasına görə Rusiyanın məsuliyyətə cəlb olunması yolları müzakirə olunub.

"Rusiya təkcə ukraynalıların öldürülməsinə, işgəncəyə məruz qalmasına və zorlanmasına görə deyil, həm də bütün dünyada, o cümlədən Afrikada aclıqdan əzab çəkən, ölən insanlara görə tam məsuliyyət daşıyır", - deyə Kuleba bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən