Belarus Rusiyadan "İskəndər" və S-400 raketləri  ALDI

 21:46 19.05.2022     517

Belarus Rusiyadan “İskəndər” taktiki raket kompleksləri və S-400 zenit-raket kompleksləri alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

O, alınan silahların sayını açıqlamayıb, lakin qeyd edib ki, “ziyan” vurmaq üçün lazım olan qədər silah var.

Fevral ayında Lukaşenko Belarus ərazisində Rusiyanın "İskəndər" və S-400-lərini yerləşdirmək istədiyini bildirib. Daha sonra o , Rusiyanın raket istehsalı sahəsində ölkəyə kömək edəcəyini açıqlayıb. 

Vumart və Güvən reklamı Vumart Güvən