"Ukraynadakı müharibə qonşu ölkələrə də yayıla bilər" - Makrondan XƏBƏRDARLIQ

 09:00 20.05.2022     427

Rusiyanın Ukraynadakı müharibəsi qonşu ölkələrə də yayıla bilər.

Redaktor.az xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron moldovalı həmkarı Maya Sanduya xəbərdarlıq edib.

O, bildirib ki, ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək:

“Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”.

Makron əlavə edib ki, Fransa regional təhlükəsizliklə bağlı vəziyyətə və Moldovanın suverenliyinə və ərazi bütövlüyünə hər hansı mümkün qəsd halına xüsusi diqqət yetirmək niyyətindədir.

Vumart və Güvən reklamı Vumart Güvən