Ruslar bu ərazidə məğlub oldular

 09:07 20.05.2022     490

Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

“Ukrayna Silahlı Qüvvələri Rusiya işğalçılarını bir yaşayış məntəqəsindən sıxışdırıblar. İşğalçılar Baxmuta gedən əsas yollardan birini kəsməyə cəhd etdilər, lakin məğlub oldular”, - o deyib.

Pavel Kirilenko bildirib ki, mayın 19-da Avdeyevka, Oçeretovskaya, Marinka, Krasnoqorovka, Toretsk düşmənin atəşinə məruz qalıb.

"Düşmənin hərəkət etdiyi yaşayış məntəqələrindən biri də azad edilib. Ona görə də şiddətli döyüşlər davam edir, bu, çox çətindir. İnsanlar təxliyə olunmalıdır ki, ərazimizi azad etməyimiz daha asan olsun", - deyən administrasiya rəhbəri azad edilən yaşayış məntəqəsinin adını açıqlamayıb.

Qeyd edək ki, Ukraynanın Müdafiə Nazirliyi daha əvvəl müharibə vəziyyətinin qaydalarına uyğun olaraq vətəndaşlardan azad edilən yaşayış məntəqələrinin adlarını açıqlamamağı xahiş edib.

Vumart və Güvən reklamı Vumart Güvən