Ermənistanda generalın oğlu həbs olundu

 10:45 20.05.2022     419

KTMT-nin keçmiş Baş katibi, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Yuri Xaçaturovun oğlu İqor Xaçaturov həbs olunub.

Redaktor.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, İqor Xaçaturov polis əməkdaşına qarşı zorakılıq törətməkdə ittiham edilərək həbs edilib.

Bildirilir ki, İ. Xaçaturov mayın 17-si Ermənistan müxalifətinin təşkil etdiyi etiraz aksiyası zamanı polisin tələblərinə riayət etmədiyi üçün saxlanılıb. İstintaq zamanı məlum olub ki, Xaçaturov insident zamanı narkotik maddənin təsiri altında olub.

Onun nə qədər müddətə həbs olunduğu barədə məlumat açıqlanmayıb.

Vumart və Güvən reklamı Vumart Güvən