Rusiya NATO-ya üzv olmaqdan imtina edib
1990-cı illərdə Rusiya Qərbin təklif etdiyi NATO üzvlüyündən özü imtina edib.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığından söz aça Blinken alyansın müdafiə bloku olduğunu və Rusiyaya qarşı aqressiv niyyətlərinin olmadığını vurğulayıb.












