Rəisi Qərbi Azərbaycana getdi
İran Prezidenti İbrahim Rəisi Qərbi Azərbaycan əyalətinə səfər edib.
Redaktor.az xəbər verir ki, İbrahim Rəisi Urmiyada “Urumest” peykinin təqdimat mərasimində iştirak edib və əyalətin aerokosmik sahəsində əldə etdiyi nailiyyətlərə baxış keçirib.
O, urmiyalı mütəxəssislərin istehsal etdiyi yüngül təyyarələrə, PUA-lara və peyklərə baxış keçirib.
“Urumest” peyki ən yüksək təsviretmə qabiliyyətinə malikdir (apa).












