Türkiyə mövqeyini dəyişməyəcək - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməyəcəyini bəyan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Ərdoğan bildirib ki, İsveç və Finlandiya Türkiyəni öz təkliflərinə inandırmaq üçün nümayəndə heyətləri göndərməklə məşğul olmamalıdır.
Qeyd edək ki, Ərdoğan bu gün Niderlandin Baş naziri ilə İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə edib. Onun sabah Britaniya Baş naziri Boris Consonla telefon danışğı nəzərdə tutulub.












