Baydenin mühafizəçiləri taksi sürücüsünü döydü

 21:19 20.05.2022     407

ABŞ Prezidenti Co Baydenin 2 mühafizəçisi Cənubi Koreyaya səfər zamanı baş vermiş insidentə görə geri göndərilib.

Redaktor.az xəbər verir ki, məlumatı ABŞ-ın xüsusi xidmət orqanları yayıb.

Bildirilir ki, işdən kənar vaxtı Seula gəzməyə çıxan təhlükəsizlik xidmətinin 2 əməkdaşı taksi sürücsünə qarşı zorakılıq edib. Məsələ məlum olan kimi onlar dərhal Vaşinqtona göndərilib və barələrində təhqiqat başlayıb.

Koreya mediası isə bildirir ki, insident vaxtı mühafizəşilər sərxoş olub. Taksi sürücüsünə qarşı zorakılığa görə onlar qısa müddətə həbs olunublar.

ABŞ tərəfi isə həbs faktını təkzib edir. 

Vumart və Güvən reklamı Vumart Güvən