İranda hərbi sursat daşıyan avtomobil YANDI
Tehran yaxınlığında hərbi sursat daşıyan avtomobil yanıb.
Redaktor.az xəbər verir ki, hadisə paytaxt Tehranın Vəramin bölgəsində baş verib.
Böyük həcmdə silah-sursat daşıyan avtomobildə nasazlıq yarandığı üçün qəza baş verib və nəqliyyat vasitəsi alışıb.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisənin təfərrüatları açıqlanmır (apa.az).












