Ermənistanın aviaşirkəti İrəvandan Antalyaya uçuşlara başlayır

 13:40 21.05.2022     396

İyunun 14-dən “Flyone Armenia” İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır.

Redaktor.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Qeyd edək ki, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir. Bundan əvvəl Türkiyənin aviasiya rəsmiləri “Flyone Armenia”nın Avropa ölkələrinə uçuşlar üçün onun hava məkanını keçməsinə icazə verməmişdi. Nəticədə iyunun 10-dək İrəvan-Lion-İrəvan və İrəvan-Paris-İrəvan marşrutları üzrə uçuşlar təxirə salınıb.

Vumart və Güvən reklamı Vumart Güvən