Rus nazirin çıxışı BOYKOT EDİLDİ

 17:53 21.05.2022     598

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikovun çıxışı zamanı beş ölkənin nümayəndəsi Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlığı (APEC) təşkilatının ticarət nazirlərinin görüşünü tərk edib.

Redaktor.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tailand Xarici İşlər Nazirliyinin sözçüsü Thani Senqrat bildirib.

Onun sözlərinə görə, zalı tərk edənlər Yaponiya, ABŞ, Avstraliya, Kanada və Yeni Zelandiya nümayəndələri olub.

Xatırladaq ki, mayın 21-də Banqkokda APEC-ə üzv olan 21 ölkənin ticarət nazirlərinin ikigünlük iclası başlayıb.

Vumart və Güvən reklamı Vumart Güvən