Ərdoğan Finlandiya prezidentinə iradlarını  BİLDİRDİ

 18:43 21.05.2022     508
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan finlandiyalı həmkarı Sauli Niinistö ilə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 Liderlər Finlandiyanın NATO-ya üzvlük prosesini müzakirə edib. 

 Ərdoğan NATO daxilində müttəfiq üçün təhlükə yaradan terror təşkilatlarına məhəl qoymayan yanaşmanın dostluq və müttəfiqlik ruhu ilə bir araya sığmadığını bildirib. O qeyd edib ki, Türkiyənin milli təhlükəsizliyinə və xalqına açıq təhdidlə qanuni, qətiyyətli mübarizəsinə hörmət və dəstək gözləmək ən təbii haqqdır.

 Qeyd edək ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına müsbət yanaşmadığını rəsmən elan edib.

Vumart və Güvən reklamı Vumart Güvən