İrəvanda müxalifətin mitinqi başladı
İrəvanın mərkəzindəki Fransa meydanında müxalifətin mitinqi başlayıb.
Redaktor.az erməni mediasına istinadən xəbər verir ki, hazırda erməni siyasətçiləri çıxış edir.
Meydan demək olar ki, tamamilə insanlarla dolub.
Ermənistan polisinin xüsusi təyinatlıları meydanın yaxınlığında növbətçilik edir.
Artıq aksiyaçıların Baş nazir Nikol Paşinyanın iqamətgahına doğru hərəkət etdiyi deyilir.
Etiraz yürüşünü avtomobillər müşayiət edir.












