"Rusiya ilə toqquşma ehtimalı günü-gündən artır" - Pentaqon

 09:20 22.05.2022     525

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milley bildirib ki, dünya gücləri arasında münaqişə riski artıb.

Redaktor.az “Fox News” telekanlına istinadən xəbər verir ki, o bu barədə “Milley West Point” hərbi akademiyasının məzunları qarşısında çıxış edərkən danışıb.

“Biz indi iki dünya gücü ilə - Rusiya və Çinlə üz-üzəyik. Bu ölkələrin hər biri əhəmiyyətli hərbi potensiala malikdir və hazırkı qaydalara əsaslanan nizamı dəyişməkdə qərarlıdır”, - deyə general bildirib.

Mark Milleyin sözlərinə görə, Birləşmiş Ştatlar getdikcə qeyri-sabit dünyaya qədəm qoyur:

“Dünya böyük güclər arasında beynəlxalq münaqişə potensialına malikdir. Bu potensial azalmaqda deyil, artmaqdadır”.

Vumart və Güvən reklamı Vumart Güvən