Zelenski Polşa vətəndaşlarına xüsusi status VERƏCƏK

 15:55 22.05.2022     370

Prezident Volodimir Zelenski Ukraynadakı Polşa vətəndaşları üçün xüsusi statusun tətbiq olunduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirinin teleqram kanalında məlumat paylaşıb.

Qeyd edilir ki, dövlət başçısı müvafiq qanun layihəsini Ali Radaya təqdim edəcək.

Prezident yaxın vaxtlarda Ukraynada Polşa vətəndaşlarının xüsusi hüquqi statusu ilə bağlı qanun layihəsinin parlamentə təqdim ediləcəyini açıqlayıb.

Qanun layihəsinin təfərrüatları hələ açıqlanmır.

Xatırladaq ki, bu gün Polşa Prezidenti Anjey Duda Kiyevdə səfərdədir. O, ötən gün bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bütün işğal olunmuş ərazilərin Kiyevə qaytarılması ilə başa çatmalıdır.

Bundan əlavə, Duda bu gün parlamentdə çıxış edib və Ukrayna xalq deputatlarına müraciət edən ilk xarici lider olub.

Vumart və Güvən reklamı Vumart Güvən