Rusiyasız Davos Forumu –  35 il sonra...

 16:32 22.05.2022     354

Bu gün Davosda 35 ildən sonra ilk dəfə Rusiya iş adamları və rəsmilərinin iştirakı olmadan Dünya İqtisadi Forumu işinə başlayır.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Konfrans zamanı Ukrayna Prezidenti Volodimir Zelenski də çıxış edəcək.

Bu il görüşün əsas mövzusu “Tarixdə dönüş nöqtəsi: dövlət siyasəti və biznes strategiyaları”dır.

Ümumilikdə, iştirakçılar bir sıra məsələlərə, o cümlədən Rusiyanın Ukraynaya müdaxiləsi, Ukrayna infrastrukturunun bərpası, COVID-19 pandemiyası və iqlim dəyişikliyi kimi mövzulara toxunacaqlar.

Tədbirdə 2,5 milyondan çox insan, o cümlədən 50-yə yaxın dünya lideri iştirak edəcək. Onların arasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, BQXK-nın rəhbəri Peter Maurer, BVF-nin rəhbəri Kristalina Georgiyeva, Polşa Prezidenti Anjey Duda, NATO-nun baş katibi Yens Stoltenberq də var.

Vumart və Güvən reklamı Vumart Güvən