Rusiya danışıqlardan imtina etməyib - Putinin köməkçisi

 22:25 22.05.2022     462

Rusiya Federasiyası prezidentinin köməkçisi, Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski rəsmi Moskvanın Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyini iddia edib.

Redaktor.az xəbər verir ki, bu barədə o, Belarusun ONT telekanalının efirində bildirib.

O qeyd edib ki, Rusiya dialoqu davam etdirməyə hazırdır və danışıqların dondurulması tamamilə Ukrayna tərəfinin təşəbbüsüdür.

“Prezidentlər arasında sammitin keçirilməsi üçün ciddi məzmunlu hazırlıq lazımdır, yəni yüksək hazırlıq səviyyəsinə malik sənədlər lazımdır”, - deyə Medinski bildirib.

Rusiyalı nümayəndə vurğulayıb ki, dövlət başçıları şəkil çəkdirmək üçün deyil, yekun razılaşmalar əldə etmək və sənədləri imzalamaq üçün görüşməlidirlər.

Medinski xatırladıb ki, bir ay əvvəl Ukrayna tərəfinə bir sıra fundamental mövqelərin artıq razılaşdırıldığı müqavilə layihəsi təhvil verilib. 

Vumart və Güvən reklamı Vumart Güvən