Kanadada qasırğada beş nəfər ÖLDÜ

 23:34 22.05.2022     363

Ottava və Ontarionun cənubundakı digər şəhərlərdə güclü küləklə müşayiət olunan şiddətli qasırğa nəticəsində beş nəfər ölüb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, üç nəfər Kanadanın paytaxtı və onun ətraflarında, biri Bramptonda və daha bir nəfər isəi Kitçener şəhəri yaxınlığındakı düşərgədə ölüb.

Əksər hallarda ölümə səbəb ağacların aşması olub.

Həmçinin, ölkədə 350 minə yaxın ev və digər tikililər elektriksiz qalıb.

Meteoroloji büronun məlumatına görə, qasırğa zamanı küləyin sürəti 33 m/s-ə çatıb.

Vumart və Güvən reklamı Vumart Güvən