Bayden Yaponiyanın BMT Təhlükəsizlik Şurasına daimi üzvlüyünü dəstəkləyir
ABŞ Prezidenti Co Bayden BMT Təhlükəsizlik Şurasında islahatlar olacağı təqdirdə Yaponiyanın şuraya daimi üzvlüyünü dəstəkləyəcəyini bildirib.
Redaktor.az NHK-ya istinadla xəbər verir ki, bunu dövlət başçısı Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşdə söyləyib.
İki ölkə liderləri BMT-də, o cümlədən qurumun Təhlükəsizlik Şurasında islahatların vacibliyini vurğulayıblar.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü var: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin.












