İranda çoxmərtəbəli bina çökdü

 13:46 23.05.2022     312

İranın cənubunda yerləşən Xuzistan əyalətinin Abadan şəhərində çoxmərtəbəli metropol binası çöküb.

Redaktor.az “Farsnews”a istinadən xəbər verir ki, bu barədə İranın Qızıl Aypara Cəmiyyəti açıqlama yayıb.

Bildirilib ki, hadisə Abadan şəhərinin Tehlençi Əmiri rayonunda baş verib.

Binanın çökdüyü əraziyə 4 xilasetmə heyəti cəb olunub.

Ölən və yaralananların sayı, dəyən ziyan və hadisənin başvermə səbəbi ilə bağlı məlumat yayılmayıb.