Paşinyan da sərhədlərin delimitasiyası üzrə komissiya YARATDI

 19:38 23.05.2022     611

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.

Komissiyaya Baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edəcək.

Komissiyada digər nazirliklərin və qurumların nümayəndələri də təmsil olunacaq. Bura xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, müdafiə nazirinin müavini Arman Sarkisyan, ədliyyə nazirinin müavini Qriqor Minasyan, ərazi idarəsi və infrastruktur nazirinin müavini Oqanes Arutyunyan da daxildir.

Vumart və Güvən reklamı Vumart Güvən