Putinlə Lukaşenkonun 5 saat davam edən görüşü bitdi -VİDEO
Soçidə Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında görüş başa çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Məlumatda bildirilir ki, Putinlə Lukaşenkonun Soçidə keçirilən görüşün rəsmi hissəsi təxminən 5 saat davam edib.
Hazırda onlar qeyri-rəsmi əlaqəni davam etdirirlər.
"Belarus və Rusiya prezidentləri arasında görüşün rəsmi hissəsi dörd saat əlli dəqiqə davam edib. İndi liderlər qeyri-rəsmi ünsiyyətə davam edirlər", - Belarus tərəfinin rəsmi məlumatında deyilir.













